21.02.2022 [09:58] - Gündəm, Sosial
Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər.
MDU-dan bildirilib ki, görüşdə çıxış edən hər üç ali təhsil müəssisəsinin təmsilçiləri tərəflər arasında əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə edib, qarşılıqlı maraq doğuran sahələrdə üçtərəfli formatda işbirliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və bununla bağlı müvafiq təkliflərini diqqətə çatdırıblar.
Üçtərəfli əməkdaşlığın potensialını yüksək dəyərləndirən görüş iştirakçıları universitetlər arasında tələbə və müəllim mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması, ikili diplom və sertifikat proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, kampus idarəçiliyi, magistratura və doktorantura ali təhsil proqramlarının inteqrasiyası və digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində ətraflı müzakirələr aparıb və müvafiq ilkin razılıq əldə ediblər.
MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci il martın 15-də hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub. Bununla yanaşı, 2021-ci ilin 22-23 may tarixlərində AzTU, MDU və Türkiyənin Qazi Universitetinin rektorlarının Mingəçevirdə görüşü keçirilib. Görüş çərçivəsində Qazi Universiteti və MDU arasında əməkdaşlıq protokolu imzalanıb və üçtərəfli formatlarda işbirliyinin inkişaf etdirilməsi ilə barədə razılığa gəlinib.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi əsas hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da qabaqcıl yerli və xarici ali təhsil müəssisələri ilə işbirliyinə xüsusi diqqət yetirilir. Bu baxımdan MDU-nun AzTU və Qazi Universiteti ilə ikitərəfli və üçtərəfli əməkdaşlığının inkişafı universitetin potensialının gücləndirilməsində və müasir tələblərə uyğun keyfiyyətli kadr hazırlığının təmin edilməsində mühüm rol oynayır.

Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |