Şrift:
Könül Mikayılova: Qarşıda stolüstü tennisçilərimizi bir sıra nüfuzlu yarışlar gözləyir
21.02.2022 [10:11] - Gündəm, İdman
Böyüklər arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatının yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılmışdı. Yarışda idmançılar öz potensiallarından maksimum istifadə etdilər. Ölkə birinciliyində qalib və mükafatçıların əksəriyyəti yığma komandanın üzləridir. Amma yeniyetmə stolüstü tennisçilərimizdən də Azərbaycan çempionatının mükafatçıları arasında yer alan idmançılar var.

Bu sözləri müsahibəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova deyib.

O qeyd edib ki, turnirdə böyüklərlə yanaşı, kiçik yaşlı stolüstü tennisçilər də mübarizə aparıblar. Belə ki, məşqçilər şurasının təklifinə əsasən, bu ölkə çempionatında perspektivli stolüstü tennisçilərə də şans verilmişdi: “Yeniyetmə idmançılardan 2008-ci il təvəllüdlü Mərziyə Nurmətova qadınlar arasında 3-cü yeri tutub. Digər yeniyetmə idmançımız - 13 yaşlı Adil Əhmədzadə isə finalda mübarizə aparıb. Qarşıda stolüstü tennisçilərimizi bir sıra nüfuzlu yarışlar gözləyir. Yeniyetmə stolüstü tennisçilərin iştirak edəcəkləri ilk nüfuzlu yarış Avropa birincliliyi olacaq. Böyüklərdən ibarət komanda isə İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq. Bu yarışlarla yanaşı, komandalarımız bir sıra beynəlxalq turnirlərdə də, iştirak edəcəklər”.

Federasiya rəsmisi həm yeniyetmə, həm də gənclər və böyüklərdən ibarət komandalar arasında yarışlara hazırlıqla bağlı bir sıra təlim-məşq toplantılarının təşkilinin də nəzərdə tutulduğunu bildirib. O, bu məşqlərin həm ölkə daxilində, həm də xaricdə keçiriləcəyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed