21.02.2022 [10:12] - Xəbərlər, Siyasət
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib
Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə yerləşdirilən bilbordların məqsədi Xocalı soyqırımı haqqında yerli sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Qələbə prospekti, Qliboçitska, Siçovix Striltsa, Lesi Ukrainki küçələri, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.
Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.
Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər qalacaq.

Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |