Şrift:
Fevralın 24-dən Böyük Britaniyada koronavirus məhdudiyyətləri qaldırılır
23.02.2022 [09:58] - Xəbərlər, Sağlıq
Böyük Britaniyada fevralın 24-dən etibarən koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər qaldırılır.

Bütün məhdudiyyətlərin qaldırılacağını açıqlayan Baş nazir Boris Conson aprelin 1-dən pulsuz sürətli antigen testinin ləğv ediləcəyini və əhalinin yalnız müəyyən təbəqələrinə bu fürsətin təqdim ediləcəyini bildirib.

Yaşlılar və risk qrupunda olanlar üçün pulsuz testlər davam etdiriləcək.

Fevralın 24-dən etibarən testi müsbət olan şəxslərin karantində qalmasına və peyvənd olunmuş şəxslərin test verməsinə ehtiyac olmayacaq.

Aprelin 1-dən etibarən simptomları olan və olmayan insanlar üçün pulsuz sürətli antigen testi xidməti başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed