23.02.2022 [10:02] - Xəbərlər, Sosial
Türkiyə olaraq biz əsirlər boyu çəkdiyimiz əziyyətləri, gördüyümüz zülmləri heç bir zaman gündəmə gətirmədik. Belə olduğu təqdirdə isə vaxt keçdikcə sadəcə yalan iddialarla bizə qarşı çıxanların səsləri eşidilməyə başladı. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı kimi qətliamların dünyaya tanıdılması ilə Türkiyə də öz çəkdiklərini dilə gətirməyə başladı. Bu səbəbdən də hesab edirəm ki, bu istiqamətdə keçirilən tədbirlər çox mənalı və vacibdir. Qarabağda əldə edilən Zəfərin türk milləti üçün mənasının daha yaxşı başa düşülməsi, qəflət yuxusuna dalıb baş verən hadisələrin təkrarlanmaması baxımından da bu cür fəaliyyətlərin davam etdirilməsi zəruridir.
Bu fikirləri müsahibəsində “Türk Ocaqları”nın İstanbul üzrə rəhbəri Cezmi Bayram deyib.
Ermənilər tərəfindən uzun illər boyu azərbaycanlılara qarşı törədilən qətliamları, terror aktlarını Türkiyə ictimaiyyətinə çatdırmaq məqsədilə "Türk Ocaqları" olaraq bir çox fəaliyyətlərə, tədbirlərə imza atdıqlarını bildirən C.Bayram deyib: “Bu illər ərzində bununla bağlı bir çox toplantılar keçirib, İstanbulun əhali baxımından ən sıx bölgələrində yürüşlər, sərgilər təşkil etmişik. Keçirilən bu tədbirlərin əsas məqsədi türk millətinə qarşı törədilən bu zülmlərin unudulmamasıdır. Türk millətinin bir parçası kimi "Türk Ocaqları" olaraq biz də bu cür tədbirlərin davam etdirilməsində öz üzərimizə düşəni edəcəyik".

Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |