23.02.2022 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qarşıdakı həftə ərzində koronavirusa yoluxanlar arasında ölüm halları artacaq. Virusun “omikron” ştamının daha çox yoluxdurucu olması bu nəticəyə gəlməyə imkan verib.
Bu sözləri İranın Koronavirusa qarşı milli mübarizə qərargahının üzvü, infeksionist həkim Məhəmməd Mərdani deyib. O bildirib ki, evdə müalicə alan xəstələr 14 gün müddətində insanlarla ünsiyyətlərini tamamilə kəsməlidirlər. İnsanlar mütləq 3-cü doza peyvəndi vurdurmalıdırlar, əks təqdirdə virusun yayılması və ölüm halları daha da arta bilər.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son sutka ərzində ölkə ərazisində 22 min 73 yeni yoluxma və 223 ölüm halı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 983 min 635 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 135 min 449-a çatıb.
Ölkə üzrə xəstəxanaların reanimasiya şöbələrində yatan 3 min 918 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 6 milyon 539 min 783 xəstə sağalaraq evə buraxılıb.
Hazırda İranın 337 şəhəri qırmızı zonaya daxildir. Bu şəhərlərdə əsasən “omikron” ştamına yoluxanlar çoxluq təşkil edir.

Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |