24.02.2022 [09:53] - Gündəm, Sosial
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Astana-Texnopolis” Xüsusi İqtisadi Zonasında Azərbaycan investisiyaları ilə tikilən parfümeriya zavodu istifadəyə verilib.
Zavodun baş direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Qazaxıstan üzrə rəsmi nümayəndəsi Zakir Binnətli bildirib ki, zavodun tikintisi 2019-cu ildən Azərbaycan investorları tərəfindən həyata keçirilib. Tam avtomatlaşdırılmış zavod türk texnologiyaları əsasında beynəlxalq standartlara uyğun tikilib. Zavodda “AROMAT” MMC-nin istehsal etdiyi məhsullar əsasən Rusiyaya ixrac olunacaq.
Zakir Binnətli bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Küveytlə məhsulların ixracı məsələləri müzakirə edilib və müqavilə imzalanıb.
“Planda Yaxın Şərq və Şərqi Asiya ölkələri bazarlarına çıxmaq haqda düşünürük. “Made in Kazakhstan” brendinin parfüm istehsalının Qazaxıstanda və Orta Asiyada rəqabət müəssisəsi yoxdur.
Zavod istehsal etdiyi məhsulun xammalını, parfümeriya yağlarını Fransa və İsveçrədən idxal edir. İldə iki milyon 100 min flakon ətir istehsal etməyi planlaşdırırıq. Sifarişləri nəzərə alsaq, istehsal rəqəmini artırmaq niyyətindəyik”, - deyə baş direktor bildirib.
Parfümlərin qablaşdırma ləvazimatları Rusiya, Qazaxıstan və Çindən sifariş edilir. Hazırda “AROMAT” MMC-nin 35 işçi qüvvəsi var ki, yaxın vaxtlarda onların sayının 50 nəfərə çatdırmaq nəzərdə tutulub.
Bundan başqa, zavodda aroma şamlar, otaq və avtomobil parfümü, uşaqlar üçün parfümeriya istehsal etmək də planlaşdırılıb. Zavodun ümumi sahəsi hazırda 3000 kvadratmetr təşkil edir.
Qeyd edək ki, istehsala yatırılan investisiyaların məbləği 600 milyon tengedir (1 milyon 400 min ABŞ dolları).

Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |