24.02.2022 [09:54] - Gündəm, İdman
Fevralın 25-dən 27-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə gənc cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 21 yaşadək gənclər arasında keçiriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutacaq. Yarışda Bakı, Sumqayıt şəhərlərindən, eləcə də ölkənin müxtəlif regionlarından olan klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli idmançıları müəyyən edərək, onların gənclərdən ibarət yığma komandaya cəlb etməkdir.

Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |