Şrift:
Tehranda çirkli hava ucbatından minlərlə insan dünyasını dəyişib
08.01.2013 [09:50] - Güney Azərbaycan xəbərləri
Son illərdə İranda daha bir problem həllolunmaz dərəcəyə çatıb və getdikcə şiddətləyir.
İranda Bu vaxtadək çirkli hava ucbatından ölənlərin sayı 4460 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat verib.
Zəhərli hava əsasən ürək və ağciyər çatışmazlığı yaradır, o cümlədən bu qəbildən olan xəstələrin vəziyyətini daha da ağırlaşdırır.
Ən son məlumatlara görə, Tehranda gün ərzində atmosferə azı 6 min 500 ton çirkli tullantı daxil olur. Bu səbəbdən də havanın təmizlənməsi məqsədi ilə növbədənkənar tətillərin elan olunması İran paytaxtında ənənə halını alıb. Ancaq dövlət tərəfindən hələki ciddi bir tədbir alınmayıb.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed