24.02.2022 [09:58] - Gündəm, İqtisadiyyat
Rusiya ilə yaranan gərginlikdən sonra Ukraynanın valyuta bazarında qeyri-müəyyənlik davam etməkdədir.
Ukraynanın valyutadəyişmə məntəqələrində fevralın 23-də dolların məzənnəsi 80 qəpik artaraq 30 qrivna həddini keçib. Avro 33 qrivnadan yuxarı qalxıb.
Ukrayna Milli Bankı (MBU) Şurasının rəhbəri Boqdan Danilişinin sözlərinə görə, hərbi təhlükə amilinin artması səbəbindən bank müştərilərinin xarici valyutaya tələbatı son bir həftə ərzində iki dəfə artıb.
Analitiklərin fikrincə, 2022-ci ilin fevralında qrivna geosiyasi riskləri saxlamaqla ucuzlaşmaqda davam edə bilər. Ayın sonuna dollar 30,1-30,7 qrivna diapazonunda, avro 32,8-33,5 UAH diapazonunda satıla bilər.

Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |