24.02.2022 [10:00] - Gündəm, Mədəniyyət
Londonda eramızdan əvvəl II əsrinin sonu III əsrin əvvəllərinə aid Roma mozaikası tapılıb.
London Arxeologiya Muzeyinin arxeoloqları Londonda son 50 ildə ən böyük qorunub saxlanılan Roma mozaikasının aşkar edildiyini açıqlayıblar.
Rəngarəng çiçəklər və həndəsi naxışları əks etdirən heyrətamiz Roma mozaikası mütəxəssislərin fikrincə, bir vaxtlar Roma yeməkxanasının döşəməsi olub.
Hazırda qazıntı işləri aparılan ərazidən tapılanlar göstərir ki, bu, çoxsaylı otaq və dəhlizlərdən ibarət çox böyük kompleks olub.
Roma Londonu (Londinium) eramızdan əvvəl 47-ci ildə Temza çayı üzərində inşa etdirmişdi. Eramızın 1-ci əsrinin sonunda Londinium sürətlə genişləndi və əyalət mərkəzi olaraq Camulodunumu (Kolçester) əvəz edərək Roma Britaniyasının ən böyük şəhərlərindən biri oldu. Eramızın 2-ci əsrində Londinium təqribən 45-60 min əhalisi olan şəhərə çevrildi. Şəhərdə böyük forum və bazilika (Alp dağlarının şimalında Roma İmperiyasının ən böyüklərindən biri), bir neçə hamam kompleksi və məbədlər, amfiteatr və bir çox şəhərciklər fəaliyyət göstərib.

Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |