Şrift:
Tərtərdə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilib
24.02.2022 [10:01] - Gündəm, Sosial
Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8-10, 10-12, 12-14,14-16 yaş qrupları üzrə ümumilikdə 66 şagird iştirak edib. Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşı Kamil Məmmədov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev çıxış edərək 30 il əvvəl ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımından, dinc insanlara qarşı törədilən qanlı cinayətlərdən danışıblar. Sonra turnirə start verilib. Yarış olimpiya sistemi əsasında keçirilib. Qaliblər təhsil şöbəsinin diplomları ilə təltif ediliblər.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed