24.02.2022 [10:12] - Xəbərlər, Siyasət
Daşkənddə Avropa İttifaqının və Mərkəzi Asiya ölkələrinin Əfqanıstan üzrə nümayəndələrinin konfransı keçirilib.
Tədbirdə Əfqanıstan böhranının sülh yolu ilə həlli üçün beynəlxalq və regional cəhdlər, Əfqanıstanın regional inteqrasiya proseslərinə cəlb olunması, ölkə iqtisadiyyatının dirçəldilməsi, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Özbəkistan Prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi İsmatulla Erqaşev Özbəkistanın Əfqanıstanla bağlı apardığı siyasətin əsas tərəflərinə toxunub, ölkənin yeni hakimiyyəti ilə səmərəli dialoqun yaradılmasının vacibliyini vurğulayıb.
Görüş iştirakçıları Əfqanıstandakı ağır humanitar vəziyyətdən narahat olduqlarını bildiriblər və digər dövlətləri Əfqanıstan xalqına humanitar yardım etməyə çağırıblar.
Tədbirdə qeyd olunub ki, Əfqanıstan hökuməti qadınların və milli azlıqların hüquqlarının qorunması, beynəlxalq terrorçuların ölkəni sığınacağa çevirməsinə yol verilməməsi kimi öhdəlikləri mütləq qaydada yerinə yetirməlidirlər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Əfqanıstana humanitar yardım çatdırılması üçün Termezdə çoxfunksiyalı nəqliyyat-logistika habının yaradılması təşəbbüsü tədbir iştirakçıları tərəfindən bəyənilib.
Əfqanıstan xalqına kömək göstərilməsi məqsədilə belə dialoqların mütəmadi olaraq keçirilməsi barədə razılıq əldə olunub.
Tədbirin yekununa görə birgə bəyanat qəbul edilib.

Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |