Şrift:
Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə müraciət edib
24.02.2022 [10:14] - Xəbərlər, Sosial
Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə müraciət edib. O şəhər sakinlərinə vahiməyə düşməməyi çağırıb.

Bu barədə Kiyev şəhər merinin müraciətində qeyd olunub.

"Ukrayna təcavüzə məruz qalıb. Mərmi səsləri Kiyevdə də eşidilir. İndi ən dəhşətli düşmən vahimədir. Biz təmkinimizi itirmirik", - deyə V.Kliçko əlavə edib.

O qeyd edib ki, şəhərin mühüm infrastrukturu və həyat təminatı ilə məşğul olmayan hər kəs evdə qalmalıdır.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed