Şrift:
"Fənərbağça" səfərdə "Slaviya"ya məğlub olub
25.02.2022 [10:20] - Gündəm, İdman
Fevralın 25-də futbol üzrə UEFA Konfrans Liqasının onaltıdabir final mərhələsinə yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyada Praqa "Slaviya"sı ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Praqa təmsilçisində qolları 19-cu dəqiqədə İvan Şrants, 27-ci və 63-cü dəqiqələrdə İyra Sor vurub. Qonaqların qollarına isə 39-cu dəqiqədə Mert Hakan Yandaş və 90-cı dəqiqədə Mergim Berişa imza atıblar. İlk matçda da rəqibinə eyni hesabla uduzan İstanbul təmsilçisi avrokuboklarla vidalaşıb. "Slaviya" isə növbəti raunda vəsiqə qazanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələn Fransanın "Marsel" klubu səkkizdəbir finala yüksəlib. "Köhlən atlar" Marseldəki matçda rəqibinə uduzmuşdu - 1:3.

Çexiya təmsilçisindən başqa, Niderlandın "Vitess" klubu səkkizdəbir finala yüksəlib. Digər oyunda isə Yunanıstan PAOK-u evdə Danimarka "Midtüllan"ına 2:1 hesabı ilə qalib gəlib. İki matçın nəticəsinə əsasən, bərabərlik (2:2) qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılacaq.

Daha əvvəl, İngiltərənin "Lester" klubu ilə yanaşı, Serbiyanın "Partizan", Niderlandın PSV və Norveçin "Budyo Qlimt" klubları adını növbəti mərhələyə yazdırıb.

Mərhələnin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3 (ilk oyun - 1:3);

"Randers" (Danimarka) - "Lester" (İngiltərə) - 1:3 (1:4);

"Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:1 (1:0);

"Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland) - 1:1 (0:1);

"Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) - 2:0 (3:1);

"Slaviya" (Praqa, Çexiya) - "Fənərbağça" (Türkiyə) - 3:2 (3:2);

"Vitess" (Niderland) - "Rapid" (Vyana, Avstriya) - 2:0 (1:2);

PAOK (Yunanıstan) - "Midtüllan" (Danimarka) - 2:1 (0:1).
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed