25.02.2022 [10:36] - Xəbərlər, Siyasət
Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycan Respublikasının milli maraqlarına uyğundur. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.
Deputat diqqətə çatdırıb ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb və regionda formalaşmış yeni konfiqurasiyanın əsas oyunçuları da təbii olaraq Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit etmiş olur.
M.Abbaszadənin sözlərinə görə, Bəyannamə yeni formalaşan və situativ dəyişikliklərlə müşayiət olunan yeni dünya nizamında Azərbaycan-Rusiya münasibətlərinin fazasını müəyyənləşdirərək ikitərəfli əməkdaşlığın yeni təməlini qoyur: “Sənəddə müstəqillik amili qırmızı xətlə keçir. Münasibətlərdəki müttəfiqlik fəaliyyətinin hansı sərhədlər daxilində olacağını müəyyənləşdirir. Sənədin təhlükəsizliyin perspektivinə zəmanət verən və müstəqilliyi qorumağa hesablanmış əsas məhək daşı bunlardır:
- Dövlət suverenliyi, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı,
- Daxili işlərə qarışmamaq,
- Yarana biləcək mübahisələrin dinc yolla, güc tətbiq etmədən və ya güclə hədələməmək yolu ilə tənzimlənməsi.
Bununla da, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, daxili işlərə qarışmamaq kimi öhdəlik götürdüyünü bildirir”.
Deputat vurğulayıb ki, Bəyannamənin ikinci bəndinə uyğun olaraq Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər: "Rusiyanın qlobal arenadakı rolu və tutduğu mövqe onu fərqli xarici siyasət kursu yürütməyə vadar edir, Azərbaycanın isə xarici siyasət konsepsiyasının qayəsi tamamilə başqa səmtdədir.
Bakı Avropa İttifaqı ilə də, NATO ilə də münasibətləri uğurla inkişaf etdirir. Qısası, Azərbaycanın xarici siyasət konsepsiyasının icrası elə incə mexanizmlərlə tətbiq edilir ki, bu, əks qütbdə dayanan qlobal güclərin gözündə Bakının strateji əhəmiyyətini artırır.
Azərbaycan bundan sonra digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək".
M.Abbaszadə onu da diqqətə çatdırıb ki, Moskva Bəyannaməsi üzərindən yanlış rəy yaradılmasının, təhrif edilmiş mahiyyətdə təqdimatına can atmaldığının şahidi oluruq. Eyni zamanda, bu sənədin Şuşa Bəyannaməsi ilə uğursuz və dəxilsiz müqayisəsi, Şuşa Bəyannaməsinin əhəmiyyətinin itdiyinin qeyd edilməsi də bəzi çevrələrin marağındadır.
Nəticə budur ki, Azərbaycanla Rusiya arasında imzalanan sənədlə Bakı yeni təhlükəsizlik zəmanəti qazanır. Eyni zamanda, Ermənistanın yeni fazada sıxışdırılması rəsmiləşir. Ən əsası da odur ki, bu sənəd Şuşa Bəyannaməsini qüvvədən salmır.
Bir sözlə, siyasi hadisələrin sürətlə dəyişdiyi, təhdidlərin durmadan artdığı bir zamanda bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq Azərbaycanın milli təhlükəsizliyinin qorunmasına yönəldilib.

Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |