Şrift:
“Naxçıvan” Universiteti “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsində iştirak edir
25.02.2022 [11:09] - Gündəm, Sosial
“Naxçıvan” Universiteti “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsinə qoşulub. Bununla bağlı ali təhsil ocağında tədbir keçirilib.

Ali təhsil ocağının rektoru Nurlana Əliyeva çıxışında “Naxçıvan” Universitetinin ötən ilin sentyabr ayından etibarən bu layihənin rəsmi iştirakçısı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi təmsil olunan ölkələrin gənclərinin elm, təhsil, mədəniyyət, tarix və iqtisadiyyat sahələrində, həmçinin digər istiqamətlərdə birgə fəaliyyətini təmin etməkdir. Rektor layihəni türk dünyasındakı ali təhsil ocaqlarının birgə fəaliyyətinə mühüm töhfə kimi dəyərləndirib.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli çıxışında layihənin məqsədi, tərəfdaşları, layihə çərçivəsində reallaşacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qaziantep Universitetinin professoru Erdal Bay layihənin uzunmüddətli olacağına əminliyini ifadə edərək bildirib ki, “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsi ortaq cəhətlərimizi tanıma, birgə fəaliyyət istiqamətində atılmış əhəmiyyətli bir addımdır.

Layihənin Azərbaycan üzrə koordinatoru Könül Məmmədova hazırda dünyanın 9 ölkəsindən 67 universitet ilə əməkdaşlıq protokolunun imzalandığını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed