Şrift:
Təbrizdə keçmiş siyasi məhbus Məcid Mutab Purrzayi yenidən həbs edilib
25.02.2022 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun yaxınlarının ildirdiyinə görə, təhlükəsizlik məmurları həbs cəzasını çəkmək üçün Məcid Mutabı Təbriz zindanına təhvil veriblər.

Keçmiş siyasi məhbus bundan öncə 8 fevral 2020-ci ildə başqa bir neçə nəfərlə birgə ETTELAAT məmurları tərəfindən saxlanılıb, 45 gün təcridxanada dindirildikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Məcid Mutabın özünün qatılmadığı məhkəmə toplantısında Təbrizin İnqilab Məhkəməsi onu “hökumətə qarşı təbliğat” və “Xalq Mücahidləri Təşkilatına üzvlük”də ittiham edərək barəsində 5 il həbs qərarı çıxarıb.

Məhkumun etirazından sonra Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsi onun işinə yenidən baxıb və onun barəsində çıxardığı həbs cəzasını dəyişdirərək 3 il 8 aya azaldılması barədə qərar qəbul edib.

Məhkəmədən sonra Şərqi Azərbaycan əyaətinin Apellyasiya Məhkəməsinin 7-ci bölməsi siyasi məhbusun cəzasını “rejim əleyhinə təbliğat” ittihamı ilə 5 aya, “Xalq Mücahidləri Təşkilatına üzv olmaq” ittihamına görə isə 2 ilə endirib.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed