Şrift:
Təbrizdə 41 video və kompüter mağazası qapadılıb
08.01.2013 [10:23] - Gündəm, Güney Azərbaycan xəbərləri
Şərqi Azərbaycan Polis komandanlığının Ümumi Əmakininə Nəzarət Polisinin rəisi, Təbrizdə 41 video və kompüter mağazasının qapadılmasını bəyan edib. O, mazağaların qapadılmasını qeyri-mədəni məhsulların satışı ilə əlaqələndirib.

Əlirza Hünərdust 272 kompüter mağazası, intener klub və mobil mağazasının yoxlanılmasına işarə edərək, çoxlu miqdarda yaddaş flaşı, CD və 10 ədəd kompüter keysinin zəbt edildiyini bildirib.

Polis rəisi bildirib ki, “qeyri-mədəni məhsulların satışı ilə məşğul olan vətəndaşlarla bağlı dosye təşkil edilib və məhkəmə orqanlarına göndərilib. Həmçinin mövzu ilə bağlı 41 mağaza qapadılıb və 93 nəfərdən imza alınıb”.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed