28.02.2022 [10:01] - Gündəm, İdman
Qələbə qazanmaq, uğurlu seriyanı davam etdirmək istəyirdik
Bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
Qırx dörd yaşlı mütəxəssis bildirib ki, bu qələbə komandaya gələcək matçlar üçün əlavə motivasiya olacaq: "Hələ görüləcək işlərimiz çoxdur. Bu, meydanda sezilir. Futbolçularımı ürəkdən təbrik edirəm”.
S.Abasov müdafiə xəttindəki oyunçuların çıxışını xüsusi fərqləndirib: “Bu gün orta sahədəki üstünlüklə yanaşı, yaxşı mübarizə apardıq, bu baxımdan rəqibə uduzmadıq. Ümumi komanda şəklində lazımi anda futbolçular bir-birlərinə yaxın oldular, rəqibə çox boşluq vermədilər. İki mərkəz müdafiəçimiz və qapıçımız bu gün çox əziyyət çəkdilər. Həm müdafiəni, həm də orta sahəni nəzarətdə saxladılar”.
Baş məşqçi ölkə kubokunda məhz “Sabah”la görüşdəki gərginliyin bu dəfə təkrarlanmaması üçün futbolçularla söhbətlər aparıldığını sözlərinə əlavə edib: “Qətiyyətlə tapşırılmışdı ki, futbola aid olmayan dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Bu gün də həddindən artıq sərt oyun getdi. Bu, qınanılası şey deyil. Buna səbirlərini basdılar, üzüağ çıxdılar. Şükürlər olsun ki, buradan söz-söhbətsiz gedirik. Ölkə kubokundakı qarşılaşmanın birinci hissəsi bizim adımıza fiasko idi. Bu, reallıqdır. Həmin oyuna baxanda bu gün pis deyildi. Sadəcə, mübarizə və anında qərarlar yerində oldu, çox şeyi düz yerinə yetirdik. Qalibiyyət də bunun nəticəsi idi".
"Sabah"ın baş məşqçisi Murad Musayev: "Meydanda gərgin mübarizə gedirdi, hər iki komandanın qələbə qazanmaq şansı var idi. Birinci hissəni yaxşı keçiririk, ikinci yarının əvvəlində rəqibin ilk hücumunda qol buraxdıq. Buraxdığımız toplar çox sadə, asan qollar olur. Yenidən oyuna dönə bilmədik. Yaxşı imkanlarımız oldu. Məyusedicidir ki, rəqibin yalnız bir təhlükəli anı oldu".
Rusiyalı baş məşqçi son üç görüşdəki məğlubiyyətin səbəbini də açıqlayıb: “Üç oyunda uduzmuşuq. Baş verənlərlə bağlı məmnun ola bilmərəm. İstədiyim komandanı hələ formalaşdıra bilməmişəm. Bu görüşlərin ikinci hissəsində qol buraxaraq uduzmağımızın səbəbi, yəqin ki, başımızdadır. Birinci hissəni yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək müəyyən mənada başla bağlıdır. Bu problem bizi son üç görüşdə qələbədən məhrum edir”.
M.Musayev avrokuboka vəsiqə şanslarının az və tükənmək üzrə olduğunu vurğulayıb: "Hər oyunçu itkisi bizim üçün çətindir. Kristian Sebalyosun 4 aylıq sıradan çıxması, Xulio Sezar Rodrigesin, Xuan Kamaranın yoxluğu hücumda kəsərliliyimizin az olmasına səbəb olur. Zədəli futbolçularımızın növbəti turda da iştirakı çətin görünür”.

Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |