08.01.2013 [10:31] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Növbəti müsahibimiz, Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış siyasi şərhçi Natiq Miridir.
- Natiq bəy, İran rejimi nə zamana qədər dünya birliyinin təzyiqləri qarşısında davam gətirə biləcək?
- Amerika Birləşmiş Ştatlar(ABŞ) başda olmaqla dünya birliyi hazırda İrana iqtisadi yöndə embarqo (tehrim) tətbiq edib. İran rəsmilərinin boğazdan yuxarı verdiyi bəyanatlara rəğmən embarqo öz təsirini İran iqtisadiyyatında göstərib və bu ziyanverici proses davam etməkdədir. İran iqtisadiyyatı hər gün itirməkdə davam edir və bu ölkə bir yerə qədər dirənə biləcək. Bu birinci mərhələ sayılmalıdır. Bu mərhələ öz təsirini ciddi mənada göstərəndən sonra ikinci mərhələyə keçiləcək. İkinci mərhələ daha çox İranın gələcək davranışlarından asılı olacaq. Əgər İran istənilən təkliflərə uyğun siyasət yürütməyəcəksə, onda sosial təlatümlər, etnik münaqişələr dövriyyəyə buraxılacaq. Və nəzərə alın ki, bu il İranda prezident seçkiləri kimi çox önəmli hadisə baş verəcək, onda orada siyasi iqlimin daha sıcaq ola biləcəyi ehtimalı artacaq. Ancaq nəzərə alın ki, İran bu gün ABŞ-la birbaşa ikitərəfli məxfi danışıqlar aparır. Və Suriya rejimi yaxın zamanlarda düşərsə, bu iki ölkə arasındakı anlaşmaya öz ciddi təsirini göstərəcək. Və hesab edirəm ki, bu anlaşma olacaq.
- Son günlər Türkiyə mətbuatında Güney Azərbaycan məsələsinə diqqət artıb. Sizcə, bu nə ilə bağlıdır?
- İran Türkiyənin onlara qarşı səbrli davranışına qarşı təhdidedici bəyanatlarını davam etdirir. Suriyadakı yaxın zamalarda baş verəcək hadisələrlə bağlı İran-Türkiyə münasibətlərində gərginliyin daha artması gözlənilir. O baxımdan, Türkiyə də Güney Azərbaycan məsələsini gündəmə gətirməklə İrana öz təsir imkanlarını nümayiş etdirmək istəyir. İranın PKK-nın Türkiyə ərazisində təxribatlar törətməsində maraqlı olmasını və buna dəstək vermələrini bilməmiş deyil. Ona görə də İrana əlini çək mesajı (ismarıjı) verilir. Yoxsa yanğının onun ərazisinə keçə biləcəyi imkanları nümayiş etdirilir. Digər tərəfdən, Güney Azərbaycan məsələsi artıq ABŞ-ın və Avropanın gündəmində yer alıb. Türkiyə də bu prosesə rəvac verilərsə, orada axırıncı, yedək olaraq iştirak etmək istəmir.
- Ümumiyyətlə, bölgədə cərəyan edən hadisələr türk milləti üçün nələr vəd edir?
- Türk etnosu getdikcə güclənir və dünyanın təhlükəsizlik məsələlərində təsiri artır. Bu, türk dövlətlərinin cəlbediciliyini artırır və bu qövsü dünyanın diqqət mərkəzinə çevirir. Bu, Yaxın Şərqdə, Mərkəzi Asiyada və Qafqazda da belədir və mövqelər getdikcə güclənəcək. Türklər gücləndikcə müstəqil siyasət və birlik davranışları da artacaq. Bu yüzillikdə türklər bir güclü etnos olduqlarını bütün dünyaya bir daha göstərə biləcək.
Söhbətləşdi: Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |