Şrift:
Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin təqdimatı olub
01.03.2022 [09:54] - Gündəm, Mədəniyyət
Fevralın 28-də Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin təqdimatı keçirilib.

Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmi 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbçi Natiq Qasımovun axtarışından bəhs edir. Tədbirdə yaradıcı heyətlə yanaşı, Natiq Qasımovun ailə üzvləri də iştirak ediblər.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev azərbaycanlıların Xocalı faciəsindən nəticə çıxardığını bildirib. Nazir müavini qeyd edib ki, Xocalı faciəsi haqqında olan filimdə Şuşada itkin düşən Azərbaycan oğlundan bəhs edilir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin qurulduğu bir vaxtda Xocalıda törədilən qətliam düşmənin əsl mahiyyətini üzə çıxardı. Ermənilər törətdikləri hadisələrə görə üzr istəmək haqqında düşünmürlər. Biz bu faciəni unutmamalıyıq.

Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan fotoqraf Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Qırx altı dəqiqəlik filmin görüntü rejissoru Simon Stanforddur.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed