Şrift:
GünAz TV düşmənlərin hədəfində
08.01.2013 [10:39] - Gündəm, Güney Azərbaycan xəbərləri
Anti-Azərbaycan qüvvələrinin zaman-zaman hücumuna məruz qalan Güney Azərtbaycan Televiziyası (GünAz TV), bir daha düşmən mediasının gündəminə gəlib.

Keçmişdəki təcrübələrə əsasən məhz bu ərəfədə GünAz TV-nin İran mətbuatının hücumuna məruz qalacağı təəccüb doğurmur. Ona görə ki, son həftələrdə Türkiyə paytaxtı Ankarada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Güney Azərbaycanın Türk dünyası üçün önəmi mövzusunda konfrans keçirməsi, GünAz TV başqanı və GAMAC sözcüsü Əhməd Obalının Türkiyə səfəri və bu ərəfədə Güney Azərbaycan məsələsinin Türkiyə mətbuatının gündəminə düşməsi, Obalının BENGÜTÜRK Telekanalı və “Today's Zaman” xəbər agentliyinə verdiyi geniş müsahibə İranın diqqətindən qaça bilməzdi.

Artıq bir neçə İran saytı o cümlədən Jahannews, mashreghnews, khabar-name, Tabnak, parsnews, jamnews, “iranazar”, “mersad67”, “kalame”, “khabarfarsi” və və fars şovinizminə xidmət edən Baybək və s. Kimi saytlar GünAz TV və Güney Azərbaycana qarşı hərəkətə keçiblər. Onlar Əhməd Obalının Türkiyədəki çıxışlarını işıqlandırdıqlarına görə, türk mediasi və ümumiyyətlə türk hökumətinə sərt etiraz ediblər. Bu arada fars şovinizmi ilə daban-dabana gedən erməni saytları da hərəkətə keçib. GünAz TV əleyhinə dərc etdiyi yazılarla seçilən məşhur Panorama.am saytı da İran saytlarına oxşar xəbər dərc edib və GünAz TV ilə Türkiyə əleyhinə bir çox ittiham irəli sürüb.

Güney Azərbaycanla bağlı Türkiyə mətbuatında baş verən yenilikdən olduqca qıcıqlanan fars şovinizmi saytları, çaşdırıcı yazılarla çıxış edirlər. Ümumi olaraq demək olar ki, onlar Güney məsələsini kiçiltmək məqsədi ilə Türkiyəni və onun mediasını İrana qarşı mövqe tutmaqda suçlayır və bunuda İranla Türkiyənin Suriya məsələsində üz-üzə gəlməsi ilə izah edirlər. Halbu ki, Güney Azərbaycan məsələsi, Azərbaycan Milli Hərəkatının əldə etdiyi uğurlar nəticəsində dünya Mətbuatı və o cümlədən Türkiyə mediasına yol aça bilib və bunu sadəcə Türkiyə ilə İranın münasibətləri ilə əlaqələndirmək doğru ola bilməz. Bu Güney Azərbaycan Milli Hərəkat fəallarının növbəti uğurudur.

GünAz TV və Güney Azərbaycana qarşı dərc olunan yazılardan, daha bir məqam da anlaşılır. O, İranın GünAz TV-nin bir daha TÜRKSAT peykinə (mahvarə) qayıtmasından irəli gələn qorxusudur. Və buna görə də, Türkiyəni bu istiqamətdə addım atmaqdan çəkindirməyə çalışırlar.

İran mətbuatı gündəmi dəyişmək və Güney Azərbaycan məsələsini diqqət mərkəzindən çıxarmaq məqsədi ilə, bütün bunları Türkiyənin Osmanlıçılıq ideyası ilə əlaqələndirir və Yeni Osmanlıçılığı bölgədəki Şiə ölkələri və xalqlarına təhlükə kimi göstərir. Bunuda Türkiyənin Suriya və İraq hökumətləri ilə münasibətlərinin yaxşı olmaması ilə izah edir. Halbu ki, Güney Azərbaycan məsələsi və Milli Hərəkat, Suriya və İraq böhranından daha öncə olub və Türkiyə mediasına yol açması, sadəcə Güney Azərbaycan gərçəyinin getdikcə üzə çıxması ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed