Şrift:
Türkiyədə “Xocalı şəhidləri” abidəsinin açılışı olub
01.03.2022 [10:05] - Xəbərlər, Siyasət
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Türkiyənin Sakarya vilayətinin Serdivan bölgəsində “Xocalı şəhidləri” abidəsinin açılışı olub.

Abidə Sakarya Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşəbbüsü ilə ucaldılıb.

Açılış mərasimində çıxış edən birliyin sədri Sahib Həşimov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digərləri Xocalıda törədilən soyqırımı haqqında iştirakçılara məlumat veriblər. Həmçinin üzərindən otuz il keçməsinə baxmayaraq bu faciəni törədənlərin hələ də cəzalandırılmadığını deyiblər.

Gənclərin tariximizi, xalqımıza qarşı törədilən bu kimi soyqırımları yaxından öyrənməsinin vacibliyini vurğulayan natiqlər abidənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin Sakarya dövlət qurumlarının əməkdaşları, bu universitetdə təhsil alan həmvətənlərimiz, QHT-lərin təmsilçiləri və şəhər sakinləri iştirak ediblər.

Sonda abidənin ərsəyə gəlməsinə dəstək göstərənlərə birlik tərəfindən təşəkkür plaketləri təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed