Şrift:
Kiyevdə martın 1-dən etibarən spirtli içkilərin satışı qadağan edilib
01.03.2022 [10:08] - Xəbərlər, Sosial
Kiyevdə martın 1-dən etibarən spirtli içkilərin satışı qadağan edilib.

Bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

Mer, həmçinin vurğulayıb ki, apteklər məhsulların qiymətini qaldırmamalıdır.

“Mən mağaza, şəbəkə və aptek sahiblərinin diqqətini ərzaqların, zəruri malların və dərmanların qiymətinə yönləndirəm ki, vəziyyətdən istifadə edərək qiymətləri qaldırmasınlar”, deyə Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı bildirib.

V. Kliçkonun fikrincə, müharibə zamanı bu malların qiymətinin artırılması talançılıqdır.

Qeyd edək ki, Kiyev şəhərində saat 20:00-dan 07:00-a kimi komendant saatı tətbiq edilir.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed