Şrift:
Rusiyalı deputat: Ukrayna ilə danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var
01.03.2022 [10:20] - Xəbərlər, Siyasət
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında daha bir görüş keçiriləcək.

Bu barədə Ukrayna nümayəndə heyəti ilə Belarusda keçirilən görüşdə iştirak edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə məlumat verib.

O deyib ki, beş saat davam edən danışıqlar zamanı gündəlikdə olan bütün məsələlər müzakirə olunub. Nümayəndə heyətləri ümumi mövqeləri proqnozlaşdırmağa imkan verən bəzi məqamlar tapıblar.

Növbəti görüşün yaxın günlərdə Belarus-Polşa sərhədində baş tutacağı gözlənilir.

Danışıqlarda iştirak edən rusiyalı deputat Leonid Slutski bildirib ki, nümayəndə heyətlərinin danışıqları zamanı irəliləyişə nail olmağa imkan verən bəzi müddəalar əldə edilib. O danışıqların ətraflı və detallı aparıldığını və müsbət nəticələrlə yekunlaşacağına ümid olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed