Şrift:
Barselonada mobil texnologiyalar üzrə dünyanın ən iri sərgisi açılıb
01.03.2022 [10:21] - Gündəm, Sosial
Bu gün Barselonada mobil texnologiyalar üzrə dünyanın ən iri sərgisi – “Mobile World Congress” (MWC) açılıb.

Açılış mərasimində İspaniya Kralı VI Filip və Baş nazir Pedro Sançes iştirak ediblər.

“MWC” təşkilatçılarının proqnozlarına görə, bu il sərgini 40.000-dən 60.000-a qədər insanın ziyarət etməsi gözlənilir ki, bu da pandemiyadan əvvəlki rəqəmlərdən hələ də uzaqdır (2019-cu ildə 100.000 ziyarətçi).

Ümumdünya Mobil Telekommunikasiya sərgisi 2020-ci ildə son anda həmin dövrdə sektorda fəaliyyət göstərən bir çox iri şirkətlərin iştirak etməmək qərarına gəlməsi səbəbindən ləğv edilib və ötən il yayın əvvəlində və ixtisar olunmuş formatda (20 min iştirakçı) keçirilib.

Builki tədbirdə 170 ölkədən 1500-ə yaxın sərgi iştirakçısı, o cümlədən bütün texnologiya və telekommunikasiya nəhəngləri, Yaponiyanın “Sony” və Çinin “Lenovo” şirkətləri isə virtual formatda iştirak edəcəklər.

"Bağlama olmadan əlaqə" devizi altında keçirilən konqresin əsas mövzuları “5G” texnologiyaları, bulud xidmətləri, qabaqcıl süni intellekt və maliyyə texnologiyaları şirkətləri ilə bağlıdır.

Sərgi martın 3-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed