02.03.2022 [09:05] - Xəbərlər, Sosial
BMT Baş Assambleyasının universal peyvəndləmə üçün səylərin artırılması mövzusunda yüksək səviyyəli tematik müzakirələrində Prezident İlham Əliyevin videoformatda iştirakının əlamətdar cəhəti ondan ibarətdir ki, dövlətimizin başçısı bu mötəbər tədbirə dünyada ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və sədrliyi, göstərilən təşəbbüslər və fəallıq ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla bərabər, bu təşkilatın canlanmasına və aktuallığının artmasına da töhfə verdi.
Bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev söyləyib.
Ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi nəticəsində üzv ölkələr Azərbaycanın yenidən sədr seçilməsinə yekdilliklə səs verdilər. Azərbaycanın təşkilata sədrliyi dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dövrə təsadüf edib. Buna görə də Azərbaycan bu istiqamətdə həm Qoşulmama Hərəkatının sədri kimi, həm də müstəqil dövlət kimi milli və beynəlxalq səviyyələrdə ciddi səylər göstərməkdə davam edir.
Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə peyvəndlərin dünya ölkələri arasında ədalətli bölgüsü məsələsini daim gündəmə gətirib. Prezident İlham Əliyev də BMT Baş Assambleyasının tematik müzakirələrində çıxışı zamanı əsas diqqəti bu problemə yönəltdi. Dövlətimizin başçısı bütün ölkələrin COVID-19 peyvəndlərinə məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığının təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri dəstəklədiyini və alqışladığını bildirdi. Eləcə də BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu kontekstdə Prezident İlham Əliyev bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrinin vacibliyini vurğuladı.
A.Əliyev deyib ki, pandemiya ilə effektli mübarizədə əsas əngəllərdən biri dünyada müşahidə olunan “peyvənd millətçiliyidir”. Dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə peyvənd millətçiliyinə qarşı yönəlmiş qətnamələrin qəbul edilməsini dəstəkləmiş bütün dövlətlərə təşəkkürünü bildirdi. O, Azərbaycanın birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, 5 ölkəyə peyvənd ianəsi etdiyini, hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesinin davam etdiyini diqqətə çatdırdı.
BMT Baş Assambleyasının tematik müzakirələrində Prezident İlham Əliyevin qaldırdığı digər əsas məsələ pandemiyanın aradan qaldırılması və COVID-dən sonrakı bərpa dövründə məqsədyönlü fəaliyyətdir. O, Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpa sahəsində də fəal təşəbbüslərlə çıxış edəcəyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi ilə COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində iş getdiyini açıqladı. Habelə Azərbaycanın qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdar olduğunu iştirakçıların nəzərinə çatdırdı. Beləliklə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatını BMT Baş Assambleyasının tematik müzakirələrində layiqincə təmsil etdi.

Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |