Şrift:
Türkiyədə vebinar: Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi
02.03.2022 [09:15] - Xəbərlər, Siyasət
Türkiyənin Uşak Universitetinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” mövzusunda vebinar keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, vebinarda ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Uşak Universitetinin prorektoru Murat Mustafa Öntuğ və başqaları mövzu ətrafında müzakirələr aparıblar.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyət yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə regionda bütün tərəflərin qarşılıqlı maraqlarını əks etdirən bu vəziyyətin qorunmasında və inkişaf etdirilməsində maraqlıdır. Bunun üçün iki qardaş ölkə geniş imkanlara malikdir.

Çıxışlarda, həmçinin XX əsrin ən ağır faciələrindən sayılan Xocalı soyqırımı barədə fikirlər dinlənilib. Yekdil olaraq ifadə edilib ki, Xocalı soyqırımı xalqlarımızın qan yaddaşıdır. Bu faciə unudula və unutdurula bilməz.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed