Şrift:
Mercedes-Benz” şirkəti Rusiyaya minik avtomobillərinin çatdırılmasını dayandırmağa qərar verib
03.03.2022 [09:53] - Gündəm, İqtisadiyyat
“Mercedes-Benz” şirkəti də Rusiyaya minik avtomobillərinin çatdırılmasını və bu ölkədə istehsalını dayandırmağa qərar verib.

Bu barədə şirkətin tviter səhifəsində məlumat verilib.

Məlumatda “Mercedes-Benz” şirkətinin niyə bu qərarı almasının səbəbləri açıqlanmır.

Almaniyanın “Handelsblatt” qəzeti hələ fevralın 28-də “Mercedes-Benz” konserninə daxil olan yük maşınları istehsalçısı “Daimler Truck” şirkətinin Ukraynada baş verən hadisələrə görə Rusiyanın “Kamaz” şirkəti ilə bütün əməkdaşlığı dayandırması barədə xəbər yayıb.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed