03.03.2022 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şəhərin bir sıra tibb mərkəzlərinin işçiləri şəhər fərmandarlığı qarşısına toplaşıb.
Narazılar əmək haqlarının ödənilməməsinə etiraz ediblər.
Etirazçılar onsuz da az olan əmək haqlarının 6 aydır ödənilmədiyini, müraciətlərinin cavabsız qaldığını deyiblər.
Bununla yanaşı narazı tibb işçiləri statuslarının müəyyən edilməsini, iş müqavilələrinin nizamlanmasını tələb ediblər.
Qeyd edək ki, Təbriz Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, son 11 ayda əyalətdə 2250 tibb işçisi koronavirusa yoluxub.
Həkimlərin özəlliklə koronavirusla mübarizə dönəmində artıq işləmələrinə, həyatlarını təhlükəyə atmalarına baxmayaraq, hökumət vəd etdiyi əlavə ödənişləri vermir.
Üstəlik aylıq əmək haqları da ödənilmir.

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |