03.03.2022 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu qəbul olunarsa “qanunsuz” sosial mediada istənilən fəaliyyət cinayət sayılacaq və istifadəçi cinayət məsuliyyətinə cəlb olunacaq.
İran parlamentinin 27 millət vəkili "Youtube", "tvitter" və tik-tok" da daxil olmaqla, "icazəsiz" sosial mediada hər hansı fəaliyyət və ya məlumat yayımını cinayət hesab edən layihənin qanun olaraq qəbul edilməsini tələb edirlər.
Bu layihənin məqsədi, sözdə “qoruma” planı kimi, iranlı istifadəçilərin ümumdünya internetə çıxışını məhdudlaşdırmaqdır.
İran mediasının verdiyi məlumata görə, martın 1-də İran Parlamentinin Hüquq Komissiyası, bütün İran vətəndaşlarının sosial mediada hər hansı reklam, əyləncə, ictimai və başqa məzmunlu paylaşım etmələrininin "cinayət aktı", "pozucu" olduğu barədə qanun layihəsi aldığını yazıb.
Qanun layihəsinə görə, yuxarıda adları çəkilən sosial media qurumlarında paylaşım edən və ya onlarla əməkdaşlıq edən şəxslər "İslam Cəza Qanunu"na görə mühakimə olunacaq.
Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.
İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.
Xatırladaq ki, Əli Xamneyi də daxil olmaqla İranın bir çox yüksək vəzifəli şəxslərinin "tvitter"-də bir neçə hesabı var və bəzi İran rəsmiləri tvitterdə əhəmiyyətli dərəcədə aktivlik nümayiş etdirirlər.

Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |