03.03.2022 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vəkillər Xamneyi başda olmaqla adı çəkilən məsulların vəzifə və səlahiyyətlərindən sui-istifadə etdiyini, qanunları yerinə yetirmədiyini və bununla da 100 mindən çox insanın həyatının itirilməsinə bais olduqlarının bildirirlər.
Vəkillər prokurordan 22 səhifəlik şikayətin müddəalarına diqqət yetirməyi, eləcə də vəzifəli şəxslərin cinayət əməllərinin daha da çox araşdırılması üçün müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının ekspert rəylərini almağı xahiş ediblər.
Qeyd edək ki, bundan öncə 2021-ci il avqustun 14-də güney azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazini Tehranda insan haqları mövzusunda, vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunublar.
Onlar iki həftə təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.
Əli Xamneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.
Güneyli vəkil və onun əməkdaşları isə Xamneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.
İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə edib.

Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |