Şrift:
Fərəc Quliyev: “Atları döngələrdə dəyişmək olmaz”
03.03.2022 [16:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bəzi ekspertlər hesab edir ki, Rusiyanın başı hazırda Ukraynadakı müharibəyə bərk qarışdığı vaxtda Cənubi Qafqaz tam yadından çıxıb. Hesab edilir ki, Rusiya iqtisadi, maliyyə və digər sahələrdə tam blokadaya düşüb. Bu çox ciddi mənfi iqtisadi nəticələr verəcək. İstisna edilmir ki, Rusiyanın ərzaq təminatında problemlər yaranacaq.

Bu ölkənin ərzaq təminatının yarısından çoxu xaricdən gələn məhsullardan ibarətdir. Maliyyə tam şəkildə blokada olunub. Heç bir ödəniş mümkün deyil. Bu baxımdan ciddi iqtisadi böhran gözlənilir. Bu da, öz növbəsində, siyasi böhrana səbəb olacaq.

Bu müharibənin Rusiya prezidenti Vladimir Putinin Cənubi Qafqazdakı nüfuzuna necə təsir edəcəyinə gəlincə, ekspertlər hesab edir ki, bu halda hakimiyyətin dəyişməsi də mümkündür. Belə bir hal baş versə, Rusiyanın daxilində idarəetmə sistemi zəifləyəcək. Rusiya öz problemləri ilə məşğul olacaq. Xaricdə olan nüfuz dairələri diqqətsiz və dəstəksiz qalacaq. Bizim ərazimizdə olan sülhməramlı qüvvələrin dəstəksiz qalması bizə Qarabağdakı suverenitetimizi tam bərqarar etməyə imkan verərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “ Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ukrayna ilə bağlı məsələ çox mürəkkəbdir: “Biz sizinlə əvvəlki müsahibələrdə də bölüşmüşdük ki, Ukraynanın təkbaşına gücü belə Rusiyaya müqavimət göstərmək üçün yetərlidir. Ola bilər ki, birinci raundu Rusiya udsun. Yekunda Ukrayna xalqını məğlub etmək mümkün deyil. Azərbaycanın bu vəziyyətdən yararlana bilməsilə bağlı isə bunları deyə bilərəm. Mən şahmatda qara fiqurlarla oynamağı sevmirəm. Orada yaranmış vəziyyət bizim bir qədər səbrli olmağımızı tələb edir. Buna uyğun olaraq hücuma keçsək, birdən situasiya dəyişə bilər. Onda bütün planlarımız alt-üst olacaq. Mən özümüzün oyun qurmağının tərəfdarıyam. Biz ardıcıl iş görürük. Artıq bütün dünya Qarabağ adlı münaqişəni unudub. Hamı Ermənistan-Azərbaycan münasibətlərinin necə qurulacağından danışır. Azərbaycanla Rusiya arasında imzalanan son müqavilə də zamanında atılan addım idi. Qonşu imperiyada dağıntı baş verəndə iki şeyi etməlisən. Birincisi, çalışmalısan qamçılar altda qalmayasan. İkinci isə, çalışıb maksimum faydalanmalısan. İndiki məqamda Qarabağla bağlı öz yolumuzu Ukraynada baş verənlərə uyğun dəyişməməliyik. Atları döngələrdə dəyişmək olmaz. Çalışıb, ağ fiqurlarla oynamalıyıq”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed