04.03.2022 [09:28] - Gündəm, İdman
Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Manavgat Side Junior” yarışı start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 10 ölkədən 16 komandanın tərkibində 86 velosipedçinin mübarizə apardığı turnirin birinci günündə iştirakçılar fərdi ötüşmə növündə bacarıqlarını nümayiş etdiriblər.
Yarışda iştirak edən gənclər yığmamızın lideri Kamran Mirzəxanov 6,3 kilometr məsafəni 8 dəqiqə, 36 saniyəyə qət etməklə birinci mərhələni 9-cu sırada başa vurub. Velosipedçimiz ilk yarış gününün qalibi, Belçikanın “Cannibal” klubunun ABŞ-dan olan üzvü Artyom Şmitdən 31 saniyə geri qalıb.
Turnirin ikinci günündə velosipedçilər 107 kilometr məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |