04.03.2022 [09:36] - Gündəm, Sosial
Yanvar ayında Avropa İttifaqında (Aİ) işsizlik səviyyəsi 6,2 faiz, Avrozonada isə 6,8 faiz təşkil edib.
Bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, Aİ-yə üzv ölkələrdən İtaliyada işsizlik səviyyəsi 8,8 faiz, Yunanıstanda 13,3 faiz, İspaniyada 12,7 faiz, İsveçdə 8 faiz, Fransada 7 faiz, Almaniyada 3,1 faiz olub.
Dekabrda Aİ-də işsizlərin sayı 13 milyon 346 min nəfər olub, onların 11 milyon 225 mini Avrozonanın payına düşüb.
Avropa İttifaqında yanvar ayında yaşı 25-dən aşağı olan işsizlərin sayı 2 milyon 546 min nəfər, Avrozonada 2 milyon 38 min nəfər olub. Gənclər arasında işsizlik səviyyəsi Aİ-də 14 faiz, Avrozonada isə 13,9 faiz təşkil edib.

Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |