08.01.2013 [13:09] - Gündəm, Hərb
Vəfa Quluzadə: «Rusiya ABŞ-ın Xəzər hövzəsində güclənməsindən narahatdır»
Rusiya Xəzər dənizində özünün hərbi gücünü nümayiş etdirmək niyyətinə düşüb. Bu il Rusiya Xəzərdəki donanmasına 5 hərbi gəmi və kater daxil edəcək.Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hərbi limana yeniÿhərbi qüvvələrin daxil edilməsi dövlətin hərbi silahlanma proqramı əsasında baş verir:
“Yeni texnikanın və eləcə də əlavə köməkçi gəminin hərbi donanma tərkibinə daxil edilməsi 2013-cü ilin ilk yarım ili üçün planlaşdırılıb. Ilin ortasında Xəzər donanmasına iki yeni kiçik hərbi raket gəmisi - ”Uqliç" və “Qrad Sviyajek”, 2013-cü ilin yazında isə “Serna” layihəsi çərçivəsində 3 desant gəmisininÿdaxil edilməsi planlaşdırılır. Köməkçi donanmanın inkişaf konsepsiyasına əsasən, 2020-ci ilə qədər Xəzər dəniz donanmasına 2 dəniz, 1 reyd buksirləri və həmçinin də üzən kran daxil olacaq(modern.az).
Politoloq Vəfa Quluzadə Rusiyanın bu təşəbbüslərinin təsadüf olmadığını və arxasında konkret məqsədlərin dayandığını deyir: “Rusiya ABŞ-ın Xəzər hövzəsində güclənməsindən, Transxəzər boru kəmərinin çəkilməsindən narahatdır. Başqa bir neçə neft-qaz kəmərinin çəkilməsindən də narahatlıq keçirir. Və bu layihələrin reallaşmasını istəmir. Çünki bu, Rusiyanın Avropaya satdığı neft və qazın hasilatına təsir edəcək. Rusiya güclü görünmək və öz sözünü demək istəyir. Yəni öz iradəsini Xəzər hövzəsində, Cənubi Qafqazda və Mərkəzi Asiyada diktə etmək fikrindədir. Amma prosesin necə bitəcəyini zaman göstərəcək. Rusiyanın öz daxilində vəziyyət necə olacaq? Obama ayın 21-dən yeni prezident kimi fəaliyyətə başlayır. Görək, ABŞ-ın yeni siyasəti necə olacaq? Suriyadakı vəziyyət olduqca çətindir və s. Rusiya Xəzərdə güclənməklə Irana da dəstək olmaq istəyir. Hərbi gəmilərin yerləşdirilməsi bununla bağlıdır. Böyük müharibə ehtimalı olsa, Rusiya bunlardan istifadə edəcək”.

Bu xəbər oxucular tərəfindən 2013 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |