Şrift:
Azərbaycan Həndbol Federasiyasında hakimlər kollegiyasının iclası keçirilib
05.03.2022 [09:11] - Gündəm, İdman
Martın 4-də Azərbaycan Həndbol Federasiyasının ofisində hakimlər kollegiyasının iclası keçirilib.

Federasiyadan bildirilib ki, hakimlər kollegiyasının sədri Ələkbər Ağakişiyev və beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərovun rəhbərliyi ilə baş tutan tədbirdə 2021-2022-ci illər üzrə respublika çempionatına hazırlıq, çempionatın təşkili məsələləri və yeni qaydalar ilə bağlı məlumat verilib.

İclasın sonunda hakimlərimiz 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edilib, onlara yeni geyim forması təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed