05.03.2022 [09:15] - Gündəm, İdman
Milli Gimnastika Arenası beynəlxalq standartlara tam cavab verir.
Bunu Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında iştirak edən Avstriya idmançıları Karina Angerbauer, Daria Angerbauer və Filippa Rok bildiriblər.
Qeyd ediblər ki, arenada gözəl və mehriban mühit hökm sürür. İşçilər və könüllülər çox mehribandırlar, onlar hər zaman köməklik göstərməyə və lazım gələrsə dəstək verməyə hazırdırlar. Yarış yüksək səviyyədə təşkil olunub.
Təsnifat mərhələsindəki çıxışlarından razı qalan gimnastlar deyiblər: “Təbii ki, müəyyən həyəcan var. Bu, təbiidir, çünki biz böyük beynəlxalq yarışda iştirak edirik. Yarışa ciddi hazırlaşmışıq. Ümid edirik ki, mükafatçılar sırasında yer alacağıq”.
Qeyd edək ki, martın 6-dək davam edəcək yarışda 24 ölkədən 438 gimnast iştirak edir. Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi, qadın, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayırlar. Azərbaycanı yarışda 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |