01.11.2011 [07:37] - Dərbənd
Təqribən 20-ildir ki, doğma Dərbənddən bir qədər də uzaq düşmüşük. Lakin bu uzaqlaşma, siyasi, inzibati bölgülər, sərhəd xətləri sevimli şəhərim Dərbəndi təbii ki, nə mənim, nə də Azərbaycan xalqının yaddaşından, canındakı hüceyrələrindən, maddi-mənəvi dünyasından silmək, pozmaq iqtidarında deyildir.
Azərbaycan xalqı və bu xalqın millətsevər, vətənpərvər oğulları, ərləri, ərənləri, alp-igidləri, milli sevginin sarı simində köklənən fəal ziyalıları yaxşı bilirlər ki, DƏRBƏND ŞƏHƏRİ Azərbaycanın ayrılmaz parçasıdır, onun zəngin və ziddiyətli tarixi əsrlər boyu tariximizlə, mənəvi mədəniyyətimizlə nəfəs-nəfəsə bağlı olmuşdur. Şəhərin tarixinə qısa bir nəzər yetirsək, bu fikrin həqiqət olduğuna inanarıq.
1971-ildən başlanmış genişmiqyaslı arxeoloji qazıntıların nəticələri sübut etdi ki, DƏRBƏND ən qədim yaşayış məskənlərindən, şəhərlərindən biridir. Arxeoloqlar burada eramızdan əvvəl IV minilliyin sonuna-III minilliyin əvvəllərinə aid olan yaşayış məskənini aşkar etmişlər. Şəhərlər tarixi ilə məşğul olan alimlər belə yekdil fikirdədir ki, Dərbənd şəhərinin tarixi burada ilk istehkam qurğularının meydana gəlməsi ilə başlanır. Bu cür qurğular isə Dərbənd təpəliyində hələlik əlimizdə olan məlumatlara görə eramızdan əvvəl VIII-VII əsrlərdə inşa edilmişdir (A.A.Kudryavtsev. Drevnıy Derbent. Mos. 1982, str. 31).
Dərbənd şəhəri haqqında yunan, latın, ərəb, fars, osmanlı, rus yazılı qaynaqlarında, habelə orta çağların Qərbi Avropa müəlliflərinin əsərlərində xeyli məlumat verilmişdir. Dərbənd şəhərinin keçmişinə dair başlıca yazılı tarixi qaynaq “Dərbəndnamə” əsəridir. Bu əsərdə Dərbəndin, Azərbaycanın, Dağıstanın V-XI əsrlər tarixindən bəhs olunur. “Dərbəndnamə” əsərinin müəllifi məlum deyildir. Əsərin türk(Azərbaycan), ərəb, fars dillərində müxtəlif nüsxələri vardır. “Dərbəndnamə” əsərinin 1064-cü ilə qədərki hadisələrdən bəhs edən türk (Azərbaycan) dilindəki qədim nüsxəsini Məhəmməd Avdı Aktaşi XVII əsrdə tərtib etmişdir. 1722-ci ildə Dərbənd hakimi İmanqulu bəy bu əsərin bir nüsxəsini Rusya imperatoru I Pyotra təqdim etmişdir. “Dərbəndnamə” əsəri latın, fransız, ingilis, rus dillərinə təcümə olunmuşdur. Əsəri ilk dəfə 1851-ci ildə görkəmli Azərbaycan şərqşünası Mirzə Kazım bəy (1802-1870) ingilis dilinə tərcümə ilə birlikdə Peterburqda nəşr etdirmişdir. Bu xidmətinə görə Mirzə Kazım bəy Demidov mükafatı almış və Rusiya Elmlər Akademiyasının müxbir üzvü adına layiq görülmüşdür. Dərbənd haqqında erkən orta çağların Qafqaz qaynaqlarında “Çora Qapısı”, “Çola Qapısı”, “Cora Qapısı”, “Çoqa Qapısı”, “Hun Qapıları”, ərəbcə yazılmış mənbələrdə “Bab”(qapı), “Bab-əl-Hədid”(dəmir qapı) , “Bab -əl- Əbvab” (qapılar qapısı), farsca qaynaqlarda “Dərbənd”( bağlı qapı), türk-osmanlı mənbələrində “Dəmirqapı”, “Hun keçidi”, “Dəmirqapı-Dərbənd”, monqolca əlyazmalarda “Kahalqa”( qapı), “Teymur Kahalqa”( dəmir qapı), digər mənbələrdə “Xəzər Dərbəndi” (xəzər qapısı-red.), “Şirvan Dərbəndi”( şirvan qapısı-red.), “ Bakı Dərbəndi”( bakı qapısı-red), “ Kaspi Dərbəndi”( qazıbəy qapısı-red.) kimi adlarla bəhs edilmişdir. Təxminən, azı 1300 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanında da Dərbəndin adına rast gəlinir (Dəmir Qapı-Dərbənd). 1636-1638-ci illərdə Azərbaycanın bir çox şəhərlərində olmuş alman səyyahı və diplomatı Adam Oleari Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd etmişdir. Maraqlıdır ki, bu məlumata “Dərbəndnamə” əsərində də təsadüf olunur. Bütün mənbə məlumatları elmi ədəbiyyat təsdiq edir ki, Dərbənd dağ keçidi qədimdən əlverişli strateji məntəqə, obyekt olmuşdur. Sak(skif, isgit-red.), sarmat, hun, alan, xəzər, kıpçak və s. qədim türk tayfaları Cənubi Qafqaza və Ön Asiyaya zaman-zaman məhz bu keçiddən istifadə edərək hücumlar etmiş yeni məkanda özlərinə vətən qurmuşlar.
Dərbənd Qafqaz Albaniyasının ən qədim şəhərlərindən biri olmuş, sonrakı tarıxı mərhələlərdə bütün fatehlər bu qala şəhərdə əbədi möhkəmlənməyə can atmışlar. Türk tayfalarının şimaldan ardıcıl kütləvi axınının qarşısının alınması III-VII əsrlərdə Dərbəndə nəzarət edən Sasani hökmdarlarının başlıca qayğı, qorxu obyekti idi. Yerli hakimlər, sonra isə Sasani şahənşahları, canişinləri Dərbənd keçidi boyunca gözətçi məntəqələri və müdafiə istehkamları tikdirirdilər. Dərbənd sasani şahənşahlarının, sonra isə ərəb Xilafətinin Cənubi Qafqazda başlıca dayaq məntəqəsinə çevrilmişdi.
Erkən orta əsrlərdə ipək yolu üstündə yerləşən Dərbənd şəhəri şimali Qafqazı, şərqi Avropa ölkələrini, yaxın və orta Şərq ölkləri ilə birləşdirən mühüm ticarət mərkəzlərindən biri idi.

Xeyirbəy Qasımov /AMEA/
Yazını Əli Kərimbəyli təqdim etmişdir.
Yazını Əli Kərimbəyli təqdim etmişdir.
Bu xəbər oxucular tərəfindən 23687 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |