Şrift:
Livanda İrana bağlı "Hizbullah” təşkilatı işğalçı Putinə dəstək verdi
05.03.2022 [09:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran nəzarəti altında olan və Tehran hökumətinin maliyyə, siyasi və hərbi dəstəyi ilə ayaqda qalan “Hizbullah” təşkilatının üzvləri Rusiya prezidenti Viladimir Putinin fotosu olan banerlər qaldırıblar.

Banerlərdə “Böyük ata Putin” yazıblar.

Qeyd edək ki, son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi Ukraynadakı mövcud vəziyyətə münaisbət bildirib.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed