08.01.2013 [15:31] - Xəbərlər, Gündəm
Ermənilər türklərdən sərhədləri açmalarını istəyir
Ağ evin saytında Türkiyə-Ermənistan sərhədinin açılması məqsədilə imza toplama kampaniyası başlayıb. Bu çağırışın təşkilatçıları bunu daha çox Suriyanın erməni qaçqınları üçün edilməsini istəyirlər.
"Bu çağırışı imzalayanlar Türkiyəyə səslənir. Suriyalı qaçqınlar üçün Ermənistanla sərhəddin açılmasını istəyirik. Suriyada müharibədə 60 min insan həlak olub. Yarım milyondan artıq insan müharibədən, ölümdən qaçıblar. Lakin milyonlar insan oradan çıxa bilmir. Suriyada təxminən 200 min etnik erməni yaşayır. Onların böyük əksəriyyəti Ermənistana gəlmək istəyir. Onlar daha sakit və rahat yaşamaq istəyirlər",- deyə çağırış sənədində qeyd edilib.
Sənəddə yazılıb ki, Suriyadan Ermənistana gedən yol Türkiyədən keçir. Bu işin təşəbbüskarları Türkiyədən heç bir şərtsiz sərhəddin açılmasını istəyirlər.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Tərəflərin münasibətlərindəki gərginliyə Ankaranın Azərbaycanı Dağlıq Qarabağ məsələsindəki mövqeyini dəstəkləməsi, eləcə də ermənilərin türklərə qarşı irəli sürdüyü uydurma erməni soyqırımı səbəb olub.

Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |