09.03.2022 [09:04] - Gündəm, Sosial
Abşeron rayonunun Qobu qəsəbəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları qəsəbədəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinci və İkinci Qarabağ müharibəsi və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn 17 Qobu qəhrəmanının valideynlərinin qatıldığı tədbirdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, oğullarımızın göstərdiyi şücaətdən danışılaraq respublikamızda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyi qeyd edilib.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları təbrik edilərək qeyd olunub ki, Azərbaycan qadınları vətənpərvərliyin, milli təəssübkeşliyin simvoludur və onların böyütdüyü, tərbiyə verdiyi igidlərin sayəsində 30 il işğal altında qalan torpaqlarımız azad olunub.
Daha sonra çıxış edən şəhid anaları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarının bayramını təbrik edib, onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini ifadə ediblər.
Sonda məktəblilər vətənpərvərliyə, qələbəyə aid şeirlər səsləndiriblər.

Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |