Şrift:
Əlcəzair portalı Qubadlının Laləzar körpüsü barədə xəbər yerləşdirib
09.03.2022 [09:10] - Xəbərlər, Siyasət
Əlcəzairin “Əl Hərir” portalında Qubadlının Laləzar körpüsü haqqında xəbəri ərəbdilli oxuculara təqdim edilib.

Fotoşəkillərlə birlikdə yayımlanan materialda qeyd olunub ki, ermənilər işğal dövründə Qubadlının bütün yaşayış məntəqələrini dağıdaraq ərazini xarabalığa çeviriblər. Rayon ərazisində dövlət qeydiyyatında olan 67 tarix və mədəniyyət abidəsi, o cümlədən möhtəşəm Laləzar körpüsü var.

Xəbərdə diqqətə çatdırılıb ki, Laləzar körpüsü Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayı üzərindədir. Maraqlı memarlıq quruluşuna malik olan körpünün 1867-ci ildə inşa olunduğu ehtimal edilsə də, bir çox tədqiqatçıların fikrincə, körpünün inşa tarixi XVIII əsrə aiddir. İşğal dövründə körpüyə ciddi zərər dəyməsə də, divarında onun inşa tarixini göstərən lövhə üzərindəki yazılar ermənilər tərəfindən silinib.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed