08.01.2013 [16:33] - Gündəm, Sosial
Yeddi günlük qış istirahəti geridə qaldı. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 7 gün istirahət elan olundu. Əhalinin bir qismi evində, bir hissəsi ölkədən kənarda istirahət etdi.
Azərbaycanın bölgələrinə də istirahət üçün müraciət edənlərin sayı az deyildi. Bölgələrdə istirahət etmək istəyənlər daha çox turizm zonası hesab edilən Qəbələ, Quba, Lerik və Xaçmaza yollanıb.
"SevGun" Turizm Şirkətinin rəhbəri Bahadur Bilalov sayta açıqlamasında bildirdi ki, yeni il ərəfəsində turistlərin sayı artıb: "Yeni il bayramında, ölkənin hər bir bölgəsində olduğu kimi, Qəbələdə də canlanma hiss olunur. Artıq bir həftədir yağan qar turistlərin dincəlməsinə mane olmayıb. Əksinə, qar qonaqların əyləncəsinə daha bir əyləncə qatıb. Məlumat üçün bildirim ki, Qəbələdə fəaliyyət göstərən istirahət mərkəzləri həm sayına görə, həm də 5 ulduzlu olduğu üçün digər bölgələrdən fərqlənir. Qəbələdə 14 istirahət mərkəzi, Olimpiya İdman Kompleksi və bir sıra əyləncə mərkəzləri turistlərlə dolub. İstirahət mərkəzlərində sifarişlər 10 gün qabaqcadan qəbul olunub. Şəhərin mərkəzi küçələrində yolkalar quraşdırılıb. Qar qız və Şaxta baba Qəbələyə gələn turistlərin əyləncəsinə əlavə rəng qatıb".
B.Bilalovun sözlərinə görə, Qəbələyə istirahət üçün yollananlar arasında Bakı sakinləri üstünlük təşkil edir.
Həmsöhbətimiz onu da qeyd etdi ki, bayram ərəfəsində istirahət üçün Lerikə gedənlərin də sayı az olmayıb: "Lerikə qar yağsa da, bura gələnlərin sayı ötən illərə nisbətən xeyli artıb. Yağan qar gələn turistlər üçün heç bir problem yaratmayıb, əksinə, əyləncəni daha da rəngarəng edib. Buradakı istirahət mərkəzlərində bir gün üçün 100 manat ödəmək lazımdır. Bura səhər-axşam şam yeməyi, şou proqram, diskoteka və bütün əyləncələr daxildir".
"SevGun" Turizm Şirkətinin rəhbəri bildirdi ki, bayram günlərində turistlərin ən çox axışdığı bölgələrdən biri də Quba, Qusar və Xaçmazdır.
Turizm sahəsi üzrə ekspert Elxan Mikayılov hesab edir ki, Yeni il bayramı ərəfəsində Azərbaycanın bölgələrində istirahət edənlərin sayı ötən illə müqayisədə az olub. Onun sözlərinə görə, havanın mülayim keçməsi turizm sahəsinə mənfi təsir göstərib.
E.Mikayılov bildirdi ki, turistlər istirahət üçün daha çox Qəbələ, Quba, Şamaxı, Xaçmaz və Lerikə gedib: "Hazırda turizm sahəsi üzrə Qəbələ inkişaf edib. Burada turistlərin istirahət etməsi üçün hər bir şərait yaradılıb".
E.Mikayılov istirahət üçün cənub bölgəsinə gedənlərin sayının az olmadığını da dilə gətirdi. Onun sözlərinə görə, əhali daha çox Lerikə üz tutub: "Lerikə yağan qar və bu bölgənin gözəl təbiətə malik olması turistlərin diqqətini cəlb edir. Həmçinin, onu da deyim ki, cənub bölgəsində fəaliyyət göstərən istirahət mərkəzlərində qiymət Qəbələ ilə müqayisədə xeyli ucuzdur. Qəbələyə bir günlük istirahət üçün 100-300 manat tələb olunduğu halda, Lerikdə 50-100 manat ödəmək lazımdır. Təbii ki, qiymət amili də öz rolunu oynayır".
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |