09.03.2022 [09:22] - Gündəm, İdman
Martın 9-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.
İlk oyun günündə növbəti mərhələyə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib. Bunlar Almaniyanın “Bavariya” klubu ilə İngiltərənin “Liverpul” komandası olub.
“Bavariya” Avstriyada “Zaltsburq”la 1:1 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb - 7:1. İlk üç qolu Robert Levandovski vurub. Polşalı hücumçu 12-ci və 21-ci dəqiqədə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənərək, ən erkən het-trik rekordunu yeniləyib. Bununla da Levandovski İtaliya “Milan”ının hücumçusu Marko Simoneyə məxsus rekordu qırıb. Simone 1996-cı ildə Norveç “Rusenborq”u ilə qarşılaşmada ilk 24 dəqiqə ərzində 3 qol vurmuşdu.
İlk yarıda daha bir qolu 31-ci dəqiqədə Serj Qnabri vurub.
“Bavariya” fasilədən sonra da üstünlüyünü davam etdirib. 54-cü və 83-cü dəqiqələrdə Tomas Müller “dubl” edib. Son nöqtəni isə 85-ci dəqiqədə Leroy Sane qoyub. “Zaltsburq”un təsəlli qoluna 70-ci dəqiqədə Maurits Kyerqor imza atıb.
“Liverpul” isə İtaliyada 2:0 hesabı ilə yendiyi “İnter”ə öz meydanında minimal hesabla uduzub. Yeganə qolu 62-ci dəqiqədə Lautaro Martines vurub. Bundan bir dəqiqə sonra Aleksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub. Qalan müddətdə qapılara qol vurulmayıb.
Oyun bir neçə dəqiqəlik dayandırılıb. Matçın 25-ci dəqiqəsində tribunadakı azarkeşlərdən birinin halı pisləşib. Ona təcili yardım lazım gəlib. Bu müddətdə matç bərpa olunmayıb. Fasilə 4 dəqiqəyədək davam edib. Beləliklə, “Liverpul” iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb.

Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |