09.03.2022 [09:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sədiqə Əqdəsi, Behruz Fərzəndi və Qasım Məusumi adlı üç bəhai bir sıra izahatlar vermək üçün İnqilab Məhkəməsinə çağırılıb və barələrində həbs qərarı olmadan Şiraz şəhərinin “Adilabad” zindanına salınıblar.
Adı çəkilən şəxslər ötən ilin mart ayında Aliyə Furutən, Siyamək Hünərvər və Səid İttihad adlı şəxslərlə birlikdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq İran İslam İnqilab Keşikçiləri Korpusunun nəzarətində olan təhlükəsizlik idarəsinin təcridxanasında təkadamlıq kameralara salınmışdılar.
İnqilab Məhkəməsi bəhai vətəndaşlar barədə “Hökumətə qarşı təbliğat” ittihamına görə 7 ay 16 gün, “Hökumətə müxalif təşkilatlara üzv olmaq” ittihamına görə isə 31 ay 16 gün həbs cəzası vermişdi.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
Məhz buna görə də son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.
1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |