10.03.2022 [09:19] - Xəbərlər, Siyasət
Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleban arasında keçiriləcək görüşə hazırlıq işləri artıq başa çatıb. Türkiyənin vasitəçiliyi ilə keçiriləcək görüşün Antalyanın məşhur “Regnum Carya” otelində təşkil olunacağı planlaşdırılır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçiriləcək görüş martın 10-da Ankara vaxtı ilə saat 10.00-da baş tutacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba artıq Antalyadadırlar.
Antalya Diplomatiya Forumunda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilat təmsilçisi müzakirələrə qatılacaq.

Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |