Şrift:
AEBA: Çernobıl AES-də elektrik enerjisinin kəsilməsi kritik problem deyil
10.03.2022 [09:22] - Gündəm, İqtisadiyyat
Çernobıl AES-də radioaktiv material elektrik enerjisi olmadan da təhlükəsiz şəkildə saxlanıla bilər.

Bu barədə məlumat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ”Tvitter” hesabında paylaşılıb. Qeyd edilib ki, enerji təminatı prinsip etibarilə mühüm təhlükəsizlik amilidir, lakin Çernobılda istifadə edilmiş nüvə elementləri kifayət qədər böyük soyuducu hovuzlarda saxlanılır və elektrik enerjisi olmadan da həmin nüvə çubuqlarının soyudulması prosesi baş verir. Məhz bu məsələdə AEBA təhlükəsizlik üçün kritik təsirlər görmür.

Qeyd edilməlidir ki, 1986-cı ildə qəza baş vermiş Çernobıl AES-in hərbi əməliyyatlar nəticəsində enerji təminatında problem yaranıb. Ukraynanın “Ukrenerqo” şirkətinin məlumatına görə, sıradan çıxan elektrik xətlərini döyüşlər getdiyinə görə bərpa etmək mümkün olmayıb.

Nüvə mütəxəssislərinin rəyinə görə, Çernobıl AES-də qəzadan kifayət qədər uzun zaman keçib və hazırda istifadəsi başa çatmış nüvə elementlərinin aktiv soyudulması tələb olunmur. Önəmli məqam elementlərin suyun altında olması və böyük həcmdə hidrogenlə akkumulyasiya etməməsidir. Vəziyyət narahatlıq doğurur, lakin təlaş üçün əsas yoxdur.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed