Şrift:
Azərbaycan taekvondoçuları beynəlxalq turniri dörd medalla başa vurublar
10.03.2022 [09:26] - Gündəm, İdman
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən ənənəvi “ Fajr Open” G-2 kateqoriyalı beynəlxalq turnirinə yekun vurulub

Yarışın son günündə iki idmançımız mübarizəyə qoşulub. Cavad Ağayev (68 kq) və Radik İsaev (87+ kq) yalnız final görüşlərində məğlub olaraq gümüş medal qazanıblar.

Beləliklə, taekvondoçularımız beynəlxalq turniri 4 (3 gümüş, 1 bürünc) medalla başa vurublar. Bundan əvvəl iki qadın taekvondoçumuz fərqlənmişdi. Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed